Masallının icra başçısından örnək davranış: Bu FOTO gündəm yaratdı...

11:33 5 Avqust 2026

 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xidməti avtomobili ilə hərəkətdə olarkən yolda cənazə mərasiminin keçirildiyini görüb və  avtomobili saxlayaraq cənazəyə yaxınlaşıb.

Sitat.info xəbər verir ki, rayon rəhbəri dünyasını dəyişən şəxsə Allahdan rəhmət diləyib, mərhumun ailəsinə, yaxınlarına və kənd sakinlərinə dərin hüznlə başsağlığı verib.

Rayon rəhbərinin bu humanist və səmimi addımı cənazə mərasimində iştirak edən sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Kənd sakinləri göstərilən ehtirama görə başçıya təşəkkürlərini bildiriblər.

Gün ərzində cənab Araz Əhmədovun bu davranışı rayon ictimaiyyəti arasında geniş müzakirə olunub və insanlar tərəfindən yüksək qiymətləndirilərək təqdir edilib.

Əldə etdiyimiz məlumata görə dünyasını dəyişən şəxs rayonda məşhur beşik ustası Şakir Ağayevdir.

Sitat.info 




Xəbər xətti