Növbəti köç karvanı Xocavəndə çatdı

14:03 5 Avqust 2026

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr yurdlarına qovuşublar.

Sitat.info xəbər verir ki, bu gün Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.



Xəbər xətti