Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın fəaliyyətindən narazıdır.
Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Paşinyan Papikyanı yenidən müdafiə naziri təyin etsə də, o, sektordakı vəziyyətin acınacaqlı olması səbəbindən Papikyandan son dərəcə narazıdır. Baş nazir hətta onunla sərt danışıq da aparıb. Bir vaxtlar Paşinyan Papikyanı vəzifəsindən azad etməyi planlaşdırıb, amma müdafiə naziri vəzifəsinə başqa uyğun namizəd olmayıb. Paşinyanın Papikyana qarşı narazılığı ictimai tənqidlə bağlıdır. Söhbət sülh dövründə orduda artan itkilərlə bağlı vətəndaşların iradlarından gedir”, - məlumatda deyilib.