"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) avqustun 15-dən xətlərin ayrılması layihəsi ilə bağlı sərnişinlər arasında təbliğat-marifləndirmə işlərini davam etdirir.
Bəxtiyar Məmmədov qeyd edib ki, bu layihənin ən müsbət cəhətlərindən biri odur ki, xətlər artıq müstəqil fəaliyyət göstərəcək:
Ümumiyyətlə, Dövlət Proqramına uyğun olaraq qarşıdakı dövrdə on yeni stansiyanın inşası Bakı Metropoliteninin sərnişin sayını artırmaqla yanaşı, yerüstü nəqliyyatda şəhər mərkəzinə doğru hərəkəti rahatlaşdıracaq, tıxacların qarşısının alınmasına, mobilliyin artırılmasına və ictimai nəqliyyatın daha səmərəli təşkilinə müsbət təkan verəcək.
Qarşıdakı dövrdə həmçinin Bakı Metropoliteninin daha səmərəli fəaliyyətinin təmin edilməsi, "28 May"dan "Həzi Aslanov"a qədər sərnişin axınlarının qarışmasının qarşısının alınması da təmin olunacaq.
Bu o deməkdir ki, "Həzi Aslanov"dan "28 May" stansiyasına qədər bu gün sərnişinlər bir xətt üzrə hərəkət etmək üçün digər qatarı buraxaraq növbəti qatara minirlərsə və eyni zamanda bu, minən və düşən sərnişinlərə müəyyən maneələr yaradırsa, artıq qarşıdakı dövrdə proqram icra olunduqdan sonra xətt üzrə qarşınıza çıxan ilk qatarla mənzil başına rahat hərəkət edə biləcəksiniz.
Bir sözlə, bu layihənin Bakı Metropoliteni üçün əhəmiyyəti ondan ibarətdir ki, daha çox sərnişin daşımaq, daha təhlükəsiz hərəkəti təmin etmək və daha səmərəli fəaliyyət göstərmək mümkün olacaq.
Qurum rəsmisi qegd edib ki, mobilliyin artırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçiriləcək. Hətta Bakı şəhərində bu gün sürətlə inkişaf edən mikromobillik layihələrinin daha sürətli və davamlı inkişafına da xüsusi təkan verəcək.