Növbəti 10 stansiya bu istiqamətdə tikiləcək - Vüsal Aslanov AÇIQLADI

11:53 6 Avqust 2026

Bakı Metropoliteninin sədri Vüsal Aslanov təmir işləri bitəndən sonra metroda baş verəcək dəyişikliklərlə bağlı danışıb. 

Sitat.info xəbər verir ki, o bu haqda bu gün keçirilən tədbirdə məlumat verib. 

V.Aslanov bildirib ki, Dərnəgül stansiyasından gələn qatarların xətləri ayrılacaq və sərnişinlər Dərnəgül istiqamətindən birbaşa Xətai istiqamətinə hərəkət edə biləcəklər.

Onun sözlərinə görə, bu dəyişiklikdən sonra hazırda Cəfər Cabbarlı–Xətai istiqamətində 8 dəqiqə olan qatar intervalı 3 dəqiqəyədək azalacaq.

Vüsal Aslanov qeyd edib ki, metropolitenin strateji inkişaf planına əsasən, növbəti 10 stansiyanın Xətai stansiyasından Həzi Aslanov istiqamətində tikilməsi nəzərdə tutulur. Xətlərin ayrılması da bu layihənin ilk mərhələsini təşkil edəcək.

Metropoliten sədri etiraf edib ki, tikinti dövründə Bakı sakinləri üçün müəyyən nəqliyyat çətinlikləri yarana bilər. Lakin o vurğulayıb ki, xətlər ayrılmadan metronun gələcək inkişafını həyata keçirmək mümkün deyil.

V. Aslanov əlavə edib ki, gələcəkdə hər bir metro xəttinin ayrıca deposu, infrastrukturu və hərəkət qrafiki olacaq. Bu da metropoliten şəbəkəsinin daha səmərəli fəaliyyətinə imkan verəcək.

Məğrur,

Sitat.info



Xəbər xətti