İran Hörmüz boğazına nəzarəti ələ keçirir

13:44 6 Avqust 2026

İran və Oman arasında təklif olunan yeni razılaşma qəbul edilərsə, Tehran Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilər üzərində nəzarət əldə edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Reuters agentliyi yüksəkvəzifəli İran mənbəsinə və iki regional rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, bu, İrana verilən ən böyük güzəştlərdən biri hesab olunur və regionda qüvvələr balansını Tehranın xeyrinə dəyişə bilər. Müharibədən əvvəl isə Hörmüz boğazı bütün gəmilər üçün ödənişsiz və sərbəst keçidə açıq idi.

Mənbələrin bildirdiyinə görə, İran Fars körfəzi ölkələrini xəbərdar edib ki, ABŞ tərəfindən ərazisinə yeni hücum olacağı təqdirdə cavab tədbirləri görüləcək.

Aytac,

Sitat.info



Xəbər xətti