“Ümid edirik ki, ABŞ- İran danışıqları yaxşı xəbərlə nəticələnəcək” - Hakan Fidan

16:32 6 Avqust 2026

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə keçirilən birgə mətbuat konfransında ABŞ və İran arasında davam edən danışıqlara münasibət bildirib.

Sitat.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, Fidan bildirib ki, ABŞ-İran danışıqlarının müsbət nəticə verməsinə ümid edir.

Onun sözlərinə görə, Hörmüz boğazı ilə bağlı məsələdə texniki mürəkkəblik var və bu prosesdə Omanın da mühüm rol oynayır. 

Hakan Fidan vurğulayıb ki, keçid dövrü ilə bağlı razılığın əldə olunması vacibdir: "Dünya bazarında neft və enerji qiymətlərinin artmaması üçün neft axınının davam etməsi təmin edilməli, eyni zamanda tərəflər arasında uzunmüddətli razılaşmaya imkan verəcək mexanizm formalaşdırılmalıdır. Hazırda 60 günlük keçid müddəti müzakirə olunur. Bu müddət ərzində razılıq əldə edilərsə, tərəflər arasında daimi razılaşmanın imzalanması mümkün ola bilər".

Səid,

Sitat.info



Xəbər xətti