Tərtərdə ər-arvadın yanaraq öldüyü evdə yanğının qəsdən törədildiyini ehtimal etməyə əsas verən maddi sübut aşkarlanıb.
Sitat.info xəbər verir ki, evə baxış keçirilərkən qabda yanacaq məhsulu tapılıb. Hadisə yerində ailənin yaxınları tərəfindən aşkarlanan həmin maddə ekspertiza qrupuna təhvil verilib.
Hazırda yanacaq məhsulunun tərkibi və yanğının qəsdən törədilib-törədilmədiyi ilə bağlı ekspertiza araşdırmaları aparılır.
Qeyd edək ki, Tərtər şəhərində baş verən yanğın zamanı evdə olan Əsgər Vəli oğlu Səmədov və həyat yoldaşı Adilə Soltan qızı Hüseynova yanaraq ölüb.
Faktla bağlı araşdırma davam etdirilir./Teleqraf