Hindistanda 20 nəfəri ildırım vurdu

11:00 7 Avqust 2026

 

Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 20 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə “İndian Avaaz” məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində ən çox ölüm halı Giridih rayonunda qeydə alınıb. Burada 11 nəfər ildırımın qurbanı olub. Ştatın digər rayonlarında da əlverişsiz hava şəraiti ciddi fəsadlar törədib.



Xəbər xətti