Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək

17:50 7 Avqust 2026

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.
 
Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.



Xəbər xətti