15 yaşlı yeniyetmə kanalda boğulub öldü

19:30 7 Avqust 2026

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.

Sitat.info-nun əldə etdiyi məlumata görə, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

///Qafqazinfo



Xəbər xətti