Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP marşrutunun icrasını müzakirə ediblər - VİDEOXƏBƏR

12:43 8 Avqust 2026

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün baş tutan telefon danışığında Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Sitat.info xəbər verir ki, tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

@sitat.info Son dəqiqə! Paşinyan İlham Əliyevə zəng etdi #tecili #xeberler #fyp ♬ Headline News - Syafeea library



Xəbər xətti