Xarici qüvvələr regionu tərk etməlidir - İranın Ali liderinin müşaviri

15:40 8 Avqust 2026

İranın Ali lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Velayati regionda xarici qüvvələrin olmamalı olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Velayati “X”də paylaşdığı açıqlamada İran silahlı qüvvələrini, İran xalqının “müqavimətini” yüksək qiymətləndirib.

 

O, ABŞ və İsrailin “məğlubiyyətinin” xarici qüvvələrin regiondan çıxmalı olduğuna dair inamı gücləndirdiyini bildirib.

“Xarici qüvvələr regionda təhlükəsizliyin əsas amilidir və onlar regionu tərk etməlidirlər”, – Velayati yazıb.

Onun sözlərinə görə, region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə bölgənin təhlükəsizliyini özləri təmin edə bilərlər.



Xəbər xətti