Tovuzda ikimərtəbəli evdə yanğın

16:55 8 Avqust 2026

Tovuz rayonunun Qovlar şəhərində yanğın hadisəsi baş verib.
 
İkimərtəbəli ev anidən alışmağa başlayıb.
 
Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizi Hissəsinin 3 yanğınsöndürən maşını və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub.
 
Edilən müdaxilə nəticəsində evin müəyyən hissəsini yanğından mühafizə etmək mümkün olub.
Hadisənin səbəbləri araşdırılır.
 
/// qafqazinfo.az///



Xəbər xətti