Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur.
“Sitat.info” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.