Türkiyə qısa müddətli fasilədən sonra kommersiya gəmilərinin Qara dənizə keçidini bərpa edib.
Sitat.info xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, “Aegean Dream” neft tankeri Çanaqqala boğazına daxil olub. Tankerin təyinat məntəqəsi kimi Novorossiyskdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun terminalı göstərilib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin gəmilərə qarşı hücumlarla bağlı narahatlıqlar fonunda Qara dənizdə kommersiya gəmiçiliyini məhdudlaşdırmağa başladığı bildirilmişdi.