Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

17:12 10 Avqust 2026

Paytaxtın Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.
 
Sitat.info xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək əlindəki mobil telefonu alıb və hadisə yerindən uzaqlaşıb.
 
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı V.Əliyev müəyyən edilərək saxlanılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti