İranın dini lideri Müctəba Xamenei Əhməd Vəhidini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəhbər, Mustafa İzadini isə onun müavini təyin edib.
Sitat.info xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Xameneinin fərmanı ilə daha öncə Silahlı Qüvvələrin Xatəmül-Ənbiya Mərkəzi Qərargahına rəhbərlik etmiş general Əli Əbdullahi Baş Qərargah rəisi təyin edilib. Əvvəllər Quru Qoşunlarının Baş Komandanı vəzifəsində çalışmış Kiyumərs Heydəri isə onun müavini təyin edilib.