Ukraynaya məxsus dronlar Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərindəki “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirib. Dronlar 2000 kilometrdən çox məsafə qət edib.
Sitat.info xəbər verir ki, zərbədən sonra kompleksdə yanğın və dağıntılar qeydə alınıb.
Qeyd edək ki, “ZapSibNeftexim” Rusiyanın ən böyük neft-kimya kompleksidir və ölkənin strateji kimya sənayesi müəssisələrindən biridir.
Tobolskdakı kompleks geniş çeşiddə sənaye məhsulları üçün əsas xammal istehsal edir. Bunlardan, xüsusən də, Rusiyanın müdafiə sənayesi ilə bağlı istehsalatda istifadə olunur.