Rusiya Zaporojyeyə zərbə endirdi: ölənlər var

09:22 11 Avqust 2026

Rusiya ordusunun Zaporojyeyə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, müvafiq məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz Teleqram kanalında yayıb.
Onun məlumatına əsasən, Rusiya ordusu şəhərin sənaye obyektlərinə və infrastruktur qurğularına zərbələr endirib.

Bildirilib ki, hücum nəticəsində bir sıra tikililər zədələnib.

Tibb işçiləri bütün zərərçəkənləri tam həcmdə zəruri yardımla təmin edirlər.



Xəbər xətti