Kral III Çarlzın ölümü efirdə elan edildi – SƏHVƏN

10:52 11 Avqust 2026

İngiltərədə fəaliyyət göstərən Radio Caroline radiostansiyası Kral III Çarlzın öldüyünü səhvən efirdə elan edib.
Sitat.info xəbər verir kui, may ayında yayımlanan proqram zamanı əvvəlcədən hazırlanmış səs yazısı səsləndirilib, ardınca dövlət himni verilib və təxminən 16 dəqiqəlik sükut yaşanıb.
Hadisənin texniki səhvdən qaynaqlandığı, studiya kompüterindəki faylları açan əməkdaşın onların efirə getdiyini bilmədiyi müəyyənləşib.
İngiltərə Kommunikasiyalar Tənzimləyicisi Ofcom yayımın qaydaları pozduğuna qərar verərək, ciddi yanlış məlumatın təxminən 30 dəqiqə sonra düzəldildiyini bildirib.
Radio rəhbərliyi əməkdaşa xəbərdarlıq edib, səhv səs fayllarını kompüterlərdən silib və bütün yayım heyətinə təhlükəsizlik prosedurlarını yenidən xatırladıb.



Xəbər xətti