Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Zəlzələ nəticəsində yüzlərlə şəxsin xəsarət aldığı bildirilir.
Məlumata görə, ən çox insan itkisinin və maddi ziyanın qeydə alındığı Pereyra, Kali, Kibdo, Manisales və Armeniya şəhərlərində “qırmızı həyəcan səviyyəsi” elan edilib. Bu şəhərlərdə təhlükəsizlik məqsədilə komendant saatı tətbiq olunub.
Xatırladaq ki, avqustun 11-də Kolumbiyanın Çoko departamentində 7,4 maqnitudalı güclü zəlzələ baş verib. Yeraltı təkanların episentri San-Xose-del-Palmar bələdiyyəsində qeydə alınıb.