Ukrayna Rusiyada neft emalı zavodunu vurdu: Ölənlər var

11:59 11 Avqust 2026

Ukraynanın Rusiyanın Tatarıstan bölgəsindəki Nijnekamsk şəhərinə PUA hücumu nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Rusiya tərəfinin məlumatına görə, hücum zamanı sənaye müəssisələri və yaşayış məntəqələri hədəfə alınıb.

Rus mediası hücumda Tatneft şirkətinə məxsus TANECO neft emalı zavodunun da vurulduğunu bildirib. Zavod daha əvvəl, iyun ayında da Ukrayna hücumunun hədəfi olmuşdu.

Bundan başqa, Donetskdəki Makiivka şəhərində yerləşən, əvvəllər “Epicentr”, hazırda isə “Galaktika” adı ilə fəaliyyət göstərən ticarət mərkəzinə də zərbə endirildiyi və yanğın baş verdiyi bildirilib.

Nigar,

Sitat.info

 

 



Xəbər xətti