Kolumbiyada güclü zəlzələnin fəsadları: 132 ölü, 2 700-dən çox itkin var

15:28 11 Avqust 2026

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ən azı 132 nəfər ölüb, 2 700-dən çox insanın itkin düşdüyü bildirilir.

Sitat.info xəbər verir ki, xilasedicilər Cali və Pereira şəhərlərində dağıntılar altında qalanları tapmaq üçün gecəboyu axtarış aparıb. Çox sayda bina dağılıb və ya ciddi zədələnib.

Hakimiyyət ölənlərin sayının artacağından ehtiyat edir. Axtarış-xilasetmə işləri davam edir.

Aytac,

Sitat.info



Xəbər xətti