Hindistanda sel faciəsi: Körpü uçdu

17:40 11 Avqust 2026

Hindistanın Uttarakhand ştatının Çamoli bölgəsində güclü yağışlar selə səbəb olub.
 
Sitat.info xəbər verir ki, Niti vadisində Tamak çayının daşması nəticəsində körpü və bir yük maşını sel sularına qərq olub. Hadisə zamanı ətrafdakı insanlar təhlükədən xilas olmaq üçün ərazidən uzaqlaşıblar.
 
Körpünün dağılması nəticəsində bölgədə 15-dən çox kəndlə nəqliyyat əlaqəsinin kəsildiyi bildirilir.
 
Əraziyə təcili yardım və xilasedici qruplar cəlb olunub.



Xəbər xətti