Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir

17:50 11 Avqust 2026

Lənkəranda axtarışda olan gənclərin meyitləri tapılıb.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Belə ki, bir neçə gündür ailə üzvləri tərəfindən axtarışda olan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun “İbadi” deyilən meşəlik ərazidə tapılıb.

Hazırda onların ölüm səbəbləri araşdırılır.



Xəbər xətti