Seuta meri: Şəhərdə 10 minə qədər miqrant qalır

18:26 11 Avqust 2026

Mərakeşdən İspaniyanın Seuta şəhərinə daxil olmuş 10 minə qədər miqrant hələ də şəhərdədir.
 
Bu barədə Seuta meri-prezidenti Xuan Xesus Vivas brifinqdə bildirib.
 
"Hesablamalarımıza görə, qanunsuz miqrasiyanın iştirakçısı olan 10 minə qədər insan hələ də Seutadadır", - o qeyd edib.
 
"Bu, gələn miqrantların ümumi sayının ən azı 10 %-ni təşkil edir", - o bildirib.
 
O, miqrantların yerləşdirilməsi üçün Əcnəbilərin Saxlanılması Mərkəzinin yaradılmasını təklif edib.



Xəbər xətti