NATO ölkələri və Ukrayna Moldovada hərbi paradda iştirak edəcək

19:26 11 Avqust 2026

Moldovanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə avqustun 27-də Kişinyovda hərbi parad keçiriləcək.
 
Bu barədə Moldovanın müdafiə naziri Anatolie Nosatıy bildirib.
 
Onun sözlərinə görə, paradda 2 mindən çox hərbçi, hüquq-mühafizə əməkdaşı, veteran və xarici ölkələrin kontingentlərinin iştirakı gözlənilir.
 
Bundan əlavə, parad zamanı 100-dən çox hərbi və xüsusi texnika nümayiş etdiriləcək.
 
Eyni zamanda, Rumıniya, Ukrayna, Litva, İtaliya, Polşa, Fransa, Çexiya və ABŞ qruplarını Kişinyova göndərəcək.
 
///apa



Xəbər xətti