Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək

11:14 12 Avqust 2026

Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək.

Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, yataqxananın tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılıb.



Xəbər xətti