Avqustun 10-da Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə Ukraynanın dron hücumu nəticəsində həlak olan 8 Özbəkistan vətəndaşının cəsədi avqustun 12-də vətənə gətirilib.
Sitat.info xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə avqustun 12-də Özbəkistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin xüsusi uçuşu həyata keçirilib.
Dron hücumu nəticəsində ən azı 13 nəfər həlak olub, onlardan 8-i Özbəkistan, 1-i Tacikistan vətəndaşı olub. Hücum nəticəsində həmçinin 39 nəfər yaralanıb.
Özbəkistan hələlik məsələ ilə bağlı Ukrayna tərəfinə rəsmi reaksiya verməyib.
///Teleqraf