Mumbay şəhərinin şərqində yerləşən Kurla rayonunda baş verən torpaq sürüşməsi nəticəsində altı nəfər həyatını itirib, daha beş nəfər isə dağıntılar altında qalıb.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsi mətbuat nümayəndələrinə məlumat verib.
Təbii fəlakət səhər saatlarında baş verib və torpaq bir neçə yaşayış binası üzərinə düşüb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri həyata keçirilir. İki zərərçəkən xəstəxanaya yerləşdirilib.
Torpaq sürüşməsinə Mumbayda aramsız yağan güclü yağışlar səbəb olub. Hindistanın Meteorologiya Departamenti yaxın günlərdə ölkənin cənub-qərb sahillərində yenidən leysan xarakterli yağıntıların olacağını proqnozlaşdırır.