Xaçmazda divarlara narkotik təbliğ edən yazılar yazanlar saxlanıldı

19:00 12 Avqust 2026

Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazılması ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.



Xəbər xətti