Lukaku “Fənərbaxça”da

20:24 12 Avqust 2026

“Fənərbaxça” Vedat Muriçdən sonra hücum xəttinə dünya ulduzu Romelu Lukakunu da transfer edib.

Sitat.info “A Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi belçikalı hücumçunun transferi ilə bağlı “Napoli” klubu ilə tam razılıq əldə edib.Şərtləri əvvəlcədən razılaşdırılan 33 yaşlı vingerə Türkiyə klubu bonuslar da daxil olmaqla illik təxminən 10 milyon avro məvacib ödəyəcək.

Məlumata görə, R. Lukaku bu gün saat 23:00-da İstanbula (Bakı vaxtı ilə saat 00:00) gələcək və tibbi müayinədən keçdikdən sonra “sarı-lacivərdlilər”lə 2 illik rəsmi müqavilə imzalayacaq.



Xəbər xətti