Bakı metrosu "Qarabağ"ın oyununa görə iş rejimini dəyişdirir

12:20 13 Avqust 2026

Bu gün "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar Bakı metropoliteni QSC-də iş rejimi dəyişdiriləcək.

Bu barədə Sitat.info-ya  səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".



Xəbər xətti