"Tokionun etirazı əsassız bir addımdır" - Rusiya

17:11 13 Avqust 2026

"Yaponiya Xarici İşlər Nazirliyinin Rusiya lideri Vladimir Putinin İturup adasına səfəri ilə bağlı etirazı və Rusiya səfiri Nikolay Nozdrevin çağırılması əsassız siyasi addım idi".

Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın Yaponiyadakı səfirliyi məlumat yayıb.

"Bu əsassız demarşa cavab olaraq, diplomatik missiyanın rəhbəri cənubi Kuril adalarının Rusiya Federasiyasının ayrılmaz hissəsi olduğunu və İkinci Dünya Müharibəsindən sonra hüquqi beynəlxalq əsaslarla onun bir hissəsinə çevrildiyini izah etdi", - məlumatda qeyd olunub. 

Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi Putinin İturup adasına səfəri ilə bağlı Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi çağırmışdı

///Unikal



Xəbər xətti