Şimali Koreya oğurlanmış şəxsiyyət vəsiqəsi, süni intellekt və Amerika vasitəçilərindən istifadə edərək minlərlə İT işçisini gizlicə ABŞ şirkətlərində yerləşdirib.
Sitat.info xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, bu işçilər CV hazırlamaq, müsahibə suallarına cavab vermək və hətta xarici görünüşlərini dəyişdirmək üçün süni intellektdən istifadə edirlər.
Onların bəziləri ildə 300 min dollara qədər gəlir əldə edir və bu vəsaitin 90%-ə qədəri Şimali Koreyaya ötürülür.
Bildirilir ki, onların gəlirləri ildə 800 milyon dollara qədərdir. Bu da potensial olaraq Pxenyanın silah proqramlarını maliyyələşdirməyə kömək edir.
///Axar.az