İngiltərə çempionu "Lester Siti" satışa çıxarıldı

19:15 13 Avqust 2026

2016-cı ildə İngiltərə çempionu olan "Lester Siti" futbol klubunun satışı planlaşdırılır.
 
"The Athletic"in məlumatına görə, klubun sahibləri satışdan təxminən 300 milyon dollar əldə etməyi gözləyirlər.
 
Lakin komandanın İngiltərə futbolunun üçüncü divizionuna düşməsi səbəbindən dəyərinin 200 milyon dollara qədər azalacağı ehtimal olunur.
 
Satışa klubla yanaşı "King Power" stadionu, məşq bazaları, akademiya, qadın komandası və Belçikanın "Oud-Heverlee Leuven" klubu da daxildir.



Xəbər xətti