Rusiya Ermənistana şərt qoydu

20:50 13 Avqust 2026

Ermənistandan Rusiyaya idxal edilən kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi və onlar üçün məcburi tələblərin yerinə yetirilməsi Rusiya bazarına tədarükün bərpası üçün əsas şərtlərdir.
 

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
 
"Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ermənistan istehsalçıları tərəfindən yerli xammaldan istifadə, pestisidlərə nəzarət, tədarükün izlənilə bilməsi və digər məcburi tələblər hazırda məhdudiyyətlərə məruz qalan malların idxalının bərpası üçün əsas şərtdir”, – deyə məlumatda qeyd olunur.
 

Bildirilir ki, bu məsələ Almatıda keçirilən AİB Aqrar-Sənaye Siyasəti Şurasının 7-ci iclası zamanı Rusiya kənd təsərrüfatı naziri Oksana Lut tərəfindən Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla müzakirə edilib.



Xəbər xətti