Samuxda qarayara: nəzarət postu quruldu - Foto

14:20 14 Avqust 2026

Samux rayonunun Alıuşağı kəndində post quraşdırılıb.

Sitat.info  xəbər verir ki, avtomobillərin hərəkəti tam şəkildə açıqdır. Postda əsasən kənd ərazisindən ət və süd məhsullarının daşınmasına nəzarət olunur. Burada Qida Təhlükəsizliyi Agnetliyinin, baytarlıq idarəsinin rəsmiləri də var. Yol üzrə hərəkət edən avtomobilər dezinfeksiya edilir. Bundan əlavə kənddə olan iri təsərrüfatlarda dizboryerlər yaradılıb.

Dünən Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının yolxucu şöbəsinə qarayara infeksiyasının əlamətləri ilə şübhəli bilinən 11 nəfər yerləşdirilib. Bu şəxslərin bir çoxu Samux rayon Alıuşağı kənd sakinləridir.



Xəbər xətti