Ağ Ev İsrail müxalifəti ilə əlaqələr qurmağa başlayıb - KİV

17:38 14 Avqust 2026

ABŞ Prezidenti Donald Trampın administrasiyası Baş nazir Benyamin Netanyahunun reytinqinin aşağı düşməsi fonunda İsrail müxalifətinin nümayəndələri ilə gizli əlaqələr qurmağa başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios" məlumat yayıb.

Portalın məlumatına görə, Ağ Ev 27 oktyabrda İsraildə keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq Yaxın Şərq təşəbbüslərinin həyata keçirilməsini təmin etməyə çalışır.

Müxalifət nümayəndələri qarşılıqlı tanışlar, donorlar və siyasi müttəfiqlər vasitəsilə Trampı bitərəf qalmağa çağırıblar.. Amerika liderinin özü hələ Netanyahunun namizədliyini açıq şəkildə dəstəkləməyib.

Məlumata görə, son sorğular Netanyahunun koalisiyasına Knessetdə 49-53 yer verir, keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun rəhbərlik etdiyi müxalifət isə 67-70 yer əldə edə bilər.

Vaşinqton 2019-cu il siyasi böhranının təkrarlanmasından qorxur. Portal ABŞ üçün əsas məsələlər kimi Qəzzada HƏMAS-ın tərksilah edilməsini və Səudiyyə Ərəbistanı ilə razılığa gəlməyi qeyd edir.

///Unikal



Xəbər xətti