Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı Türkiyədən rəsmi kanallar vasitəsilə rəsmiləşdirilmiş müraciət almayıb.
Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Moskva tərəfdaşlarının, xüsusilə mühüm regional aktor və dəniz qonşusu olan Ankaranın sülh təşəbbüslərinə ənənəvi olaraq diqqətlə yanaşır. Türkiyənin bu təşəbbüsünün şərtlərini konkretləşdirən rəsmiləşdirilmiş müraciət Rusiya tərəfinə rəsmi kanallar vasitəsilə daxil olmayıb”, - Zaxarova bildirib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl Rusiya və Ukrayna tərəflərinə Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı Türkiyənin təkliflərini çatdırdığını açıqlamışdı.