Albert Riera "Srvena Zvezda"nın baş məşqçi olub

19:24 14 Avqust 2026

Albert Riera Serbiyanın "Srvena Zvezda" klubunun baş məşqçi postuna təyin olunub.
 
İspaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
 
A.Riera son olaraq 2026-cı ilin mayına qədər Frankfurtun "Ayntraxt" klubunda çalışıb.
 
Qeyd edək ki, "Srvena Zvezda"nın sabiq baş məşqçisi Deyan Stankoviç avqustun 12-də istefa verdiyini açıqlayıb. Buna komandanın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Hapoel"ə (Beer-Şeva, İsrail) uduzması (0:1, 0:2) səbəb olub.



Xəbər xətti