Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

20:00 14 Avqust 2026

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
 
Sitat.info xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda 15 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
 
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.
 
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.



Xəbər xətti