Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib.
Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvəl Xankəndi şəhərinə gedərkən yol qəzasına düşüb və həmin hadisədə ağır xəsarətlər alıb. Uzun müddət müalicə olunan Rəsul Nəsirovun həyatını xilas etmək mümkün olmayıb.