Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

14:00 15 Avqust 2026

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatı start götürüb.
 
Sitat.info xəbər verir ki, Azərbaycan millisinin üzvü Saleh Sultanov (J1, 81 kq) yarışın bürünc medalını qazanıb.
İdmançımız 1/4 finalda fransalı Siril Jonara məğlub olub.
 
Sultanov təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Jujqovu, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Mishiко Şiobrişvilini məğlub edib.



Xəbər xətti