Türkiyədə ağır qəza: 7 ölü, 9 yaralı...

19:23 15 Avqust 2026

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda mikroavtobus aşıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, mikroavtobusun sürücüsü idarəetməni itirib və avtomobilin aşması nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bildirilib ki, mikroavtobusda olan şəxslərin nişan mərasimi üçün Diyarbəkirdən Muşa getdiyi açıqlanıb.



Xəbər xətti