Paytaxtın 5 yolunda sıxlıq var

08:47 17 Avqust 2026

Bakının bir sıra yollarında yenə tıxac yaranıb.

Sitat.info xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda aşağıdakı yollarda sıxlıq qeydə alınır:

1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.



Xəbər xətti