Gələn aydan Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

10:30 17 Avqust 2026

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Sitat.info-ya verilən məlumata görə, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

ADY sərnişinlərə qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almaqlarını tövsiyə edib.



Xəbər xətti