Ərdoğan Məkkə razılaşmasının əsas ŞƏRTİNİ AÇIQLADI

11:50 17 Avqust 2026

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə razılaşmasının əsasını qarşılıqlı müdafiə konsepsiyası təşkil edir.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Ərdoğanın sözlərinə görə, üç ölkədən hər hansı birinə hücum olarsa, tərəflər birgə müdafiə tədbirləri görə biləcək.

Türkiyə Prezidenti həmçinin digər ölkələrin də razılaşmaya qoşula biləcəyini deyib. Onun sözlərinə görə, Misir istəsə, bu üç ölkə ilə birlikdə razılaşmaya qoşula bilər.

Aytac,

Sitat.info



Xəbər xətti