Vüsal Nəsirli məşhur müğənninin qardaşına yüksək vəzifə verdi - FOTO

15:40 17 Avqust 2026

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı olub.

 

Sitat.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.

Əmrə əsasən, Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin şöbə müdiri təyin edilib.

 

Qeyd edək ki, müğənni Nərmin Kərimbəyova bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyovaya verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Müğənni əməliyyatdan sonra reanimasiyaya düşüb, daha sonra palataya köçürülüb. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkib.

 

Gülər Hüseynli

 



Xəbər xətti